Nobel sülh mükafatının qalibi məlum oldu

Nobel sülh mükafatının qalibi məlum oldu

7 Oktyabr 2011 15:16
Bəyəndim (0) Bəyənmədim (0)

Liberiya prezidenti Elen Conson-Sirlif və bu ölkədə vətəndaş müharibəsinə qarşı qadınları səfərbər etdiyinə görə onun həmyerlisi Leyma Qbovi, həmçinin Yəmənli qadın hüquqları və demokratiya müdafiəçisi Tavakkul Karman Nobel sülh mükafatına layiq görülüb. Liberiyada 14 illik vətəndaş müharibəsindən sonra hakimiyyətə gələn Elen Conson-Sirlif Afrika qitəsində dövlət başçısı seçilmiş ilk qadındır və yeni Afrikanın rəmzi sayılır.

Qeyd edək ki, bu il bu mükafata 240 namizəd var idi. Mükafatın təqdimat mərasimi dekabrın 10-da Osloda keçiriləcək.

Heç bir zəhmət yerdə qalmır.

Tofiq Əliyev

O.M.