Həftə sonunun hava proqnozu

Həftə sonunun hava proqnozu

7 Oktyabr 2011 12:35
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı və Abşeron yarımadasında oktyabrın 8-də səhər havanın qısa müddətə tutulacağı, yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, günün ikinci yarısında isə havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 13-18 dərəcə, gündüz 20-25 dərəcə isti təşkil edəcək.
Oktyabrın 9-da havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin oktyabrın 8-dən 9-a keçən gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Cənub küləyi əsəcək. Gecə 13-18, gündüz 20-25 isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında oktyabrın 8-də hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Lakin gecə və səhər bəzi şərq rayonlarında yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-14, gündüz 20-25, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.
Oktyabrın 9-da hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Lakin gecə və səhər bəzi şimal və şərq rayonlarında yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-14, gündüz 22-27, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.

Havanız hər zaman aydın olsun!

Günel Həbib