"Azərbaycanın fəal Gəncləri" qrupu Xocalı Soyqırımını dünyaya tanıtmaq üçün fəaliyyətə keçdi
Azərbaycanda yeni bir işlək qrup yaradıldı. "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin nəzdində "Azərbaycanın fəal Gəncləri".
Bu qrup tədbirlərin və layihələrin təşkilində öz köməyini əsirgəməyəcək. Mədinə Əliyevanın rəhbərlik etdiyi qrupda əsasən keyfiyyət məsələləri önə çəkilib. Birliyin sədri isə Şamil Sabiroğludur.
Gənclərə uğurlar arzulayırıq və inanırıq ki, Azərbaycanın yarası olan Xocalı Soyqırımını bütün dünyaya tanıdıb, mənfur düşmənlərimizin iç üzünü açmaqda əllərindən gələnini edəcəklər.
Mediainfo.az
Digər xəbərlər































































































