Suriya ordusu Livan ərazisinə soxuldu

Suriya ordusu Livan ərazisinə soxuldu

7 Oktyabr 2011 10:22
Bəyəndim (0) Bəyənmədim (0)

Suriya hərbçiləri Livan ərazisinə keçərək, bir neçə evi atəşə tutublar. Nəticədə sərhəddəki Bekaa vadisində yaşayan bir suriyalı həlak olub. Məlumatı "Frans Press" agentliyi Livan hökumətinin adı çəkilməyən nümayəndəsinə istinadən yayıb. "Təxminən saat 14.30-da (yerli vaxtla) Suriya qoşunları Livan ərazisinə keçərək, Suriya vətəndaşı olan fermer Əli Əl-Xətibə atəş açıblar", - mənbə bildirib.

Suriya qoşunlarının Livan ərazisinə soxulmasının səbəbi, eləcə də, niyə suriyalı əsgərlərin hədəfinin məhz həmin fermerin olduğu məlum deyil. Hadisənin təfərrüatları açıqlanmır. Qeyd edək ki, bu həftə Suriya tankları Livan sərhədini keçmişdilər.

Kəssə hər kim tökülən qan izini, qurtaran dahi odur yer üzünü.

Fərid Qurbanov

O.M.