
Təhsil Şöbəsinin kadrlar şöbəsinin müdiri korrupsiya faktına görə həbs edilib
Azərbaycanda təhsil işçisi korrupsiya faktı ilə əlaqədar tutulub. Bu barədə APA-ya hüquq-mühafizə orqanlarından bildirilib. Məlumata görə, Laçın Rayon Təhsil Şöbəsinin kadrlar şöbəsinin müdiri Adil Cabbarov Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb. Onun barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
Artıq tamah baş yardı.
Tofiq Əliyev
O.M.
Digər xəbərlər