Maşınların ötüşməsi partlayışa səbəb oldu

Maşınların ötüşməsi partlayışa səbəb oldu

7 Oktyabr 2011 10:00
Bəyəndim (0) Bəyənmədim (0)

Hadisə sentyabrın 6-da Lənkəranın General Həzi Aslanov Xiyabanında toy karvanına qoşulmuş maşınların bir-birini ötmək cəhdi zamanı qeydə alınıb. Rayonun Diryan kənd sakini, 1982-ci il təvəllüdlü Fərzullayev Rahim İdris oğlu idarə etdiyi "UAZ" markalı maşın onun həmkəndlisi, 1967-ci il təvəllüdlü Şamil Muradxan oğlu Əliyevin idarə etdiyi "VAZ-21011" markalı avtomobillə toqquşub. Nəticədə "VAZ-21011" markalı avtomobildə baş verən yanğın partlayışa səbəb olub. Xoşbəxtlikdən sürücü ilə sərnişinlərin özlərini tez bir zamanda maşından yerə atmaları onları faciədən xilas edib. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin Lənkəran Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşını avtomobildəki yanğını lokallaşdırıb.

Faktla bağlı Lənkəran ŞPŞ-də araşdırma aparılır.

Yollarda ehtiyatlı olmaq lazımdır. Əks halda bu yol başqa istiqamətə apara bilər.

Fərid Qurbanov

O.M.