Üzmə hovuzundan timsah çıxdı

Üzmə hovuzundan timsah çıxdı

16 Aprel 2011 13:16
Bəyəndim (0) Bəyənmədim (0)

Floridada üzmə hovuzundan timsah çıxdı

Kennet Donovan işdən evə döndükdə həyətdəki itinin hürdüyünü görür. Bağçanı ələk-vələk etsə də, balaca deşikdən başqa heç nə tapmır. Sonradan hovuzun içində nəyinsə üzdüyünün fərqinə varır. Məlum olur ki, hovuzun "ləzzətini çıxaran" 3 metr uzunluqdakı timsah imiş. Donovan dərhal yerli aidiyyatı orqanlara müraciət edir. Evə gələn işçilər isə timsahı zərərləşdiriblər.

Florida qanunlarına görə, parklar xaric - hər hansı bir yerdə tutulan və boyu 1.5 metrdən uzun olan timsahlar iynə ilə öldürülür. Onun dərisi və əti isə sahibinə təslim edilir.

Yəqin ki, bundan sonra Donovan timsah dərisindən çanta, kəmər və ayaqqabı tikdirmək arzusunu həyata keçirə biləcək.

Günel Şahməmmədova

O.M.