Kaliforniya Texnologiya İnstitutu dünyanın ən yaxşı ali məktəbi seçilib

Kaliforniya Texnologiya İnstitutu dünyanın ən yaxşı ali məktəbi seçilib

6 Oktyabr 2011 17:54
Bəyəndim (0) Bəyənmədim (0)

Britaniyanın "Times Higher Education" nəşri "Reuters" informasiya agentliyi ilə birlikdə 2011-2012-ci illər üçün dünyanın 400 ən yaxşı ali məktəbinin reytinqini açıqlayıb. Reytinqin ilk üç pilləsini Amerika ali məktəbləri - Kaliforniya Texnologiya İnstitutu, Harvard və Stenford universitetləri tutur.

Tərtib edilmiş 400 ali məktəb cədvəlində Türkiyənin Bilkənd Universiteti, İstanbul Texniki Universiteti, Orta Şərq Texniki Universiteti, Boğaziçi Universiteti, Rusiyanın Moskva Dövlət Universiteti, Sankt-Peterburq Dövlət Universiteti, İranın Şərif Texnologiya Universiteti də var. Reytinq 13 müxtəlif meyar üzrə müəyyən olunub. Buraya universitetin ixtira və araşdırmalarının sayı, ali məktəbə tələbat, innovasiyadan gəlir və s. daxildir.

Arzu edirik ki, bizim universitetlər də bu siyahıya düşsün.

Tofiq Əliyev

O.M.