Stiv Cob erməni dilini bilirdi?..

Stiv Cob erməni dilini bilirdi?..

6 Oktyabr 2011 17:30
Bəyəndim (0) Bəyənmədim (0)
Suriyalı atası ondan imtina etmişdi

20 sentyabr günü Oxumeni.az xəbər verdiyi kimi, Apple şirkətinin qurucularından olan Stiv Cobun analığı ermənidir. "Əl Xəbər Armani" adlı ermənidilli ərəb saytı isə iddia edir ki, mərhum Stiv Cob erməni dilini bilirdi. Mərhumun tərcümeyi-halına toxunan sayt bəzi məqamlara "aydınlıq gətirib": "Stiv Cob 1955-ci ilin 24 fevral günü Kaliforniyanın Mauntin-Vyu şəhərində dünyaya gəlib. Atası suriyalı Əbdülfəttah Candalin, anası amerikalı Coana Şibl olub. Sonradan onlar övladlarından imtina ediblər. Körpə Stivi amerikalı Cob ailəsi övladlığa götürüb. Cob ailəsinin xanımı etnik erməni Klara Akopyan olub. O, Stivin şəxsiyyət kimi böyüməsində müstəsna xidmətlər göstərib. Hətta Stiv öz bioloji valideynlərini xatırlamaq belə istəməyib."

Tezliklə Stiven Pol Cobsun bioqrafiyasını əks etdirən "iSteve: The Book of Jobs" (Stiv: İşlər kitabı) adlı kitab işıq üzü görəcək. Nəşrin müəllifi və redaktoru CNN televiziya kompaniyasının və Time qəzetinin redaktoru Uolter Ayzakson olacaq.

Ermənilər musiqilərimizi, rəqslərimizi, mətbəximizi, folklorumuzu işğal etməsəydilər, bəlkə biz də onların növbəti yalanına inanardıq. İndi isə deyirik: "Göydən 3 alma (Apple) düşdü, biri ermənilərin başına, biri ermənipərəst qüvvələrin başına, biri də erməni diasporunun başına.."

Hafiz Əhmədov

O.M.