İsveçli şair ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb

İsveçli şair ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb

6 Oktyabr 2011 16:37
Bəyəndim (0) Bəyənmədim (0)

2011-ci il ədəbiyyat üzrə Nobel mükafatına isveçli şair Tumas Transtremer layiq görülüb. 1,4 milyon dollar dəyərində mükafatın rəsmi təqdimetmə mərasimi dekabrın 10-da Stokholmda keçiriləcək. Ədəbiyyat üzrə laureatın adını bu gün Nobel Komitəsinin katibi Peter Enqlund açıqlayıb.

Bukmeker kontorları Tumas Transtremerin bu mükafatı almağa ən şanslı namizəd hesab edirdilər. Bu sırada digər şanslı namizədlər suriyalı şair Adonis və yapon yazıçısı Xaruki Murakami hesab olunurdu.

Qüvvət elmdədir, başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz.

Tofiq Əliyev

O.M.