
İspaniya düşesi 85 yaşında ərə getdi
İspaniyanın ən varlı və nəsilli-köklü qadınlarından biri olan qadınlarından biri olan 85 yaşındaki Cayetana Fitz-James Stuart y Silva nəhayət ki, muradına çatdı. O, özündən 24 yaş kiçik sevgilisi Alfonso Diezlə evləndi. 85 yaşlı gəlinlə 61 yaşlı bəy 15-ci yüzillikdən qalma tarixi malikanədə evləndilər. Toya 38 nəfərdən ibarət bir qrup qatıldı. Sevilla şəhərində toyla bağlı çoxlu sayda aksessuar və hədiyyələr satıldı. Gəlinlə ayda 1500 avro maaş alan bəy bal ayı üçün Tailanda yollanacaqlar.
Sərvəti milyard dollarlarla ölçülən Cayetenanın biri qız olmaqla 6 uşağı bu evliliyə qarşı idi. O da sərvətinin yarısını onlara paylayaraq, sevgisindən vaz keçmədi. Üçüncü dəfə evlənən və əsl adı Maria del Rosario Cayetana Alfonsa Victoria Eugenia Francisca Fitz-James Stuart y de Silva olan İspaniya düşesi hazırkı ərinə çox etibar etdiyini vurğulamışdı.
Günel Həbib
O.M.