
Qəddafi üsyançıları məhv etmək üzrədir
16 Aprel səhər saatlarınadək dünyada baş vermiş hadisələr Reuters xəbər agentliyinin qısa təqdimatında:
Qüds - Cümə günü İsrail qoşunları fələstinlilərin raket zərbələrinə cavab olaraq Qəzza zolağını havadan bombaladı. Bu xəbəri İsrail rəsmi mənbələri təsdiq edirlər.
Dxaramsale - Dalaylama Tibet məbədində rahiblər arasında baş qaldırmış narazılıqdan
narahatdır. O, bütpərəst həmkarlarını təmkinli olmağa səsləyir. Eyni zamanda Çinin
cənub-qərbində yerləşən məbəddə yerli vaxtla saat 01:32 radələrində rahibin
özünü yandırmağı ilə bağlı bu ölkənin hüquq
mühafizə orqanları ilə məbəd arasında yarana biləcək problemlərdən əndişəlidir.
O, bütpərəstləri sakitliyə dəvət edir.
Əlcəzair - Prezident Abdeləziz Buteflika cümə günü bəyan etmişdir ki, sərbəst seçkilər, konstitusiyada düzəlişlər və tutulmuş jurnalistlərin azad olması ilə bağlı tezliklə tədbirlər görüləcək.
Tripoli - Qəddafi qüvvələri üsyançıların paytaxtı Misratanın mərkəzinə doğru irəliləyirlər.
Alyans ölkələri isə diktatorun təcili devrilməsini istəyir.
O.M.