Yunanıstanda nümayişlər insidentsiz ötüşməyib

Yunanıstanda nümayişlər insidentsiz ötüşməyib

6 Oktyabr 2011 14:56
Bəyəndim (0) Bəyənmədim (0)

Afinada ötən gün elan edilmiş 24 saatlıq tətil bu dəfə də insidentsiz ötüşməyib. İqtisadi böhranla mübarizəyə yönəlmiş sərt tədbirlərə qarşı etiraz nümayişi polislə toqquşmalara çevrilib. Əsəsən Afinanın Sintaqma meydanında keçirilən aksiyaya dövlət işində işləyənlər, yerli özünüidarə orqanlarının işçiləri, tələbələr və bəzi mətbuat nümayəndələri qatılıb. Klaftmonos meydanında ən iri həmkarlar ittifaqı nümayişi keçirib.

Polis Omonia meydanından Sintaqma meydanına yürüş etmək istəyən tələbələrin qarşısını almağa cəhd etdikdə toqquşmalar baş verib, bir neçə nəfər həbs edilib. Polisi daşa basan nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edilib. Toqquşmalarda 4-ü polis olmaqla, 5 nəfər xəsarət alıb. Afinada dünən təxminən 16-20 min adamın küçələrə çıxdığı bildirilir. Hava limanlarının işçilərinin də tətilə qoşulması nəticəsində 500-dən çox aviareys təxirə salınıb.

Bir nəfər hamı üçün, hamı bir nəfər üçün olmalıdır.

Fərid Qurbanov

O.M.