VİDEO-Stiv Cob: "Ölüm həyatın ən gözəl kəşfidir"

VİDEO-Stiv Cob: "Ölüm həyatın ən gözəl kəşfidir"

6 Oktyabr 2011 14:57
Bəyəndim (0) Bəyənmədim (0)
Bu gün bütün dünyada hamı Apple dükanlarına axın edir

Sən demə, Stiv Cob həm də filosof imiş. Onun həyat və ölüm haqda səsləndirdiyi fikirlər bu gün bütün sosial şəbəkələrdə müzakirə olunur. Artıq məlum olub ki, o, heç zaman ölümdən qorxmurdu. Hələ 2005-ci ildə Cob Stenford universitetində mühazirə verərkən tələbələrə demişdi: "Ölüm həyatın ən gözəl kəşfidir. O, dəyişiklərin səbəbidir. Çünki köhnəni təmizləməklə yeniliyə yol açır." Ölümqabağı isə Cob belə demişdi: "Həyatı tərk edərkən məyus olmağa dəyməz. Əgər həyat səni tərk etsə, kədərlənməyə dəyər." Və nəhayət, onun universitetdə dediyi sözlər diqqət mərkəzindədir: O demişdi: "Səfeh qalın, ac qalın (Stay Foolish, Stay Hungry)." Bununla Cob demək istəyirdi ki, malik olduğunuzla qane olmayın, yəni həmişə daha da inkişaf etməyə çalışın.

Bu gün bütün dünya Apple şirkətinin müdirinin yasını tutur. Dünyanın hər yerində, Nyu-york, Şanxay, Honkonq, Sidney və başqa şəhərlərdə hər kəs Apple şirkətinin dükanlarına axın edir.

Stiv Cob öldü, amma nədənsə Apple telefonlarının qiyməti ölmədi...

Hafiz Əhmədov

O.M.