
Bu günə olan hava məlumatı
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 12-17 dərəcə, gündüz 20-25 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15 dərəcə, gündüz 21-26 dərəcə, dağlarda gecə 4-9 dərəcə, gündüz 15-20 dərəcə isti təşkil edəcək.
Havanın necə olmasından asılı olmayaraq, çalışın sağlam qalın.
Fərid Qurbanov
O.M.
Digər xəbərlər