Baptist kilsəsi Cobun dəfnində etiraz piketi keçirəcək

Baptist kilsəsi Cobun dəfnində etiraz piketi keçirəcək

6 Oktyabr 2011 11:34
Bəyəndim (0) Bəyənmədim (0)
"Tanrı səni sevmir!", "Sən cəhənnəmə düşəcəksən!"

Ekstremist dini təşkilat olan Baptist kilsəsi Vestrboro Stiv Cobun dəfn mərasimində etiraz piketi keçirmək fikrindədir. Bu barədə təşkilatın başçısı Mərci Ci Felps Twitterdə məlumat yayıb. Baptist kilsəsi Vestrboro müxtəlif tanınmış insanların və hərbçilərin dəfn mərasiminə gedərək "Tanrı maviləri sevmir!" şüarı ilə çıxış edir. Onların fikrincə, insanların ölümü Tanrının transseksuallara qarşı qəzəbinin nəticəsidir. Təşkilat ABŞ-da cinsi azlıqlara verilən geniş imtiyazlardan narazıdır. Heç təsadüfi deyil ki, ölkənin müxtəlif yerlərində radikal şüarlara rast gəlmək olur: "Tanrı səni sevmir!", "Amerika məhvə məhkumdur!", "Sən cəhənnəmə düşəcəksən!"

Baptist kilsəsi Vestrboro nədənsə mərhum Stiv Cobdan da narazıdır. Təşkilat Apple markasını onda ittiham edir ki, bu şirkətin məhsullarında Tanrını vəsf etmək üçün yazılara rast gəlinmir və deməli, günaha qulluq edir.

Tanrı dahiləri sevdiyi üçün yaradır!..

Hafiz Əhmədov

O.M.