Bu gün "Twitter"in  ən çox müzakirə olunan mövzusu Stiv Cobdur

Bu gün "Twitter"in ən çox müzakirə olunan mövzusu Stiv Cobdur

6 Oktyabr 2011 10:53
Bəyəndim (0) Bəyənmədim (0)
Dünya ondan danışır

Bu gün Apple yaradıcısı Stiv Cobun ölümü dünya mətbuatında və sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzudur. "RIP Steve Jobs" "Twitter" müzakirələri arasında birinci yerə qalxa bildi. Mövzular müxtəlif olsa da, obyekt dəyişməz olaraq qalır. "Twitter"də ingilisdillilər yazırlar: "Stiv Cob, sən bizim stollarımızda, qulaqlarımızda, əllərimizdə olanı saxladın", "Dünya nə Stiv Cobu, nə də onun kəşf etdiyi möhtəşəm qurğunu unutmayacaq", "Stiv Cob hər şeyi dəyişdi", "O, musiqi dünyasının Bitlzı idi". Bu kimi müzakirələr bu gün "Twitter"in reytinqlərində birinci yerə yüksəlib.

İgid ölər, adı qalar...

Hafiz Əhmədov

O.M.