Paytaxtda piyadanı maşın vurdu, sürücü hadisə yerindən qaçdı

Paytaxtda piyadanı maşın vurdu, sürücü hadisə yerindən qaçdı

6 Oktyabr 2011 10:42
Bəyəndim (0) Bəyənmədim (0)

Səbail rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qəza zamanı 20-25 yaşlarında şəxsiyyəti dəqiqləşdirilməyən kişi piyada yolu keçərkən naməlum avtomaşınla vurulub. Hadisədən sonra sürücü piyadaya heç bir yardım göstərmədən qəza baş verən ərazidən yayınıb. Məlumata görə qəzanı törədən avtomobil daha əvvəl hadisə yerində olan iki "Mercedes" markalı avtomobilə də çırpılıb. Qəza nəticəsində zərərçəkmiş piyada isə şahidlərin köməkliyi ilə ağır vəziyyətdə 1 saylı şəhər xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, yaralıya göstərilən tibbi yardımdan sonra onun həyatını xilas etmək mümkün olub.

Piyadanın vurulması faktı ilə əlaqədar Səbail Rayon Polis İdarəsi və Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Sürücü sürərkən, piyada gəzərkən ehtiyatlı olmalıdır.

Fərid Qurbanov

O.M.