Balakəndə xəstəxanada yanğın olub

Balakəndə xəstəxanada yanğın olub

6 Oktyabr 2011 10:14
Bəyəndim (0) Bəyənmədim (0)

Balakəndə xəstəxanada yanğın hadisəsi baş verib. Yanğın Balakən rayonu Qabaqçöl qəsəbəsindəki xəstəxananın 450 kvadratmetr sahəsi olan yardımçı tikintisində baş verib. Hadisə yerinə dərhal Balakən YMH-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində yardımçı tikilinin 90 kvadratmetr dam örtüyü və 4 otaqdan ibarət 40 kvadratmetrlik sahəsi yanaraq yararsız hala düşüb.

Yanğınsöndürənlərin səyi nəticəsində yardımçı tikilinin tam yanmasının və yanğının xəstəxana binasına keçməsinin qarşısı alınıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

Od olan yerdən tüstü çıxdı.

Tofiq Əliyev

O.M.