İŞİD Kabildə partlayışı törədib

İŞİD Kabildə partlayışı törədib

31 May 2017 15:27
Bəyəndim (0) Bəyənmədim (0)

Əfqanıstanın paytaxtı Kabildə törədilən partlayışa görə məsuliyyəti İŞİD terror təşkilatı üzərinə götürüb.

Apa-nın "RİA-Novosti"-yə istinadən verdiyi məlumat görə, partlayış nəticəsində ölənlərin sayı 90 nəfər çatıb, 380-dən çox yaralı var. Terror aktı zamanı İranın Əfqanıstandakı səfiri Məhəmməd Rəda Bəhrami, Yaponiya səfirliyinin iki əməkdaşı yaralanıb. Almaniya diplomatik nümayəndəliyinin əməkdaşının da yaralandığı, binanın mühafizəsi ilə məşğul olan əfqan polisin öldüyü bildirilir. Həmçinin, hadisə yerinin yaxınlığında yerləşən mehmanxanada qalan iki Qazaxıstan vətəndaşı da xəsarət alıb.

Güclü partlayış nəticəsində Almaniya, İran, Türkiyə, Yaponiya, Fransanın diplomatik nümayəndəliklərin binalarına ziyan dəyib.

Mediainfo.az