Deputatlar Praqaya gediblər - FOTO
Milli Məclisin deputatları, Azərbaycan-Portuqaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Naqif Həmzəyev və Pərvin Kərimzadə Portuqaliyanın Braqa şəhərində səfərdə olublar.
Səfər çərçivəsində Braqa şəhərinin meri Rikardo Rio, vitse-mer, xanım Sameiro Araujo, Avropa Gənclər Şəbəkəsinin rəhbəri Carlos De Souza Santos ilə görüşlər keçirilib, Braga "Sturt UP" layihəsinin rəhbərliyi və fəal üzvləri ilə ətraflı müzakirələr aparılıb.
Həmçinin Minhon Universitetinin rektoru Antonio Cunha, Universitetin Ombudsmanı, xanım Paula Ctistina Martins, Pedaqoji fakültənin dekanı, xanım Rosa Vasconcelos ilə görüşlər zamanı Gəncə şəhərində fəaliyyət göstərən təhsil müəssisələri ilə birlikdə həyata keçirilməsi planlaşdırılan layihələr ətrafında müzakirələr aparılıb, tezliklə müvafiq layihələrin icrasına başlanılması qərara alınıb.(apa)
Mediainfo.az