
Transseksuallar əməliyyatsız cinslərini dəyişə bilərlər
BBC-nin bu gün yaydığı məlumata görə, Avstraliyanın ali məhkəməsi kişi olmaq istəyən iki qadın transseksualın apellyasiya şikayətini müsbət qarşılayaraq, onların tam cərrahi əməliyyat olunmadan pasportda cinslərini dəyişmək istəklərini təmin edib. Məhkəmənin qərarında qeyd olunur ki, istənilən şəxs cəmiyyətdə necə görünürsə, elə də qəbul olunmalıdır. Kiminsə onun cinsi orqanını görməyə ehtiyac yoxdur.
Xatırladaq ki, məhkəməyə müraciət edən hər iki qadın döşlərini kəsdirib kişi hormonları qəbul etsə də, cinsi orqanını saxlamışdı. Məhz buna görə də cinsi dəyişmək məsələlərini qeydiyyata alan pasport xidməti onlara yeni şəxsiyyət vərəqəsi verməkdən imtina etmişdi. Belə ki, müraciət edən qadınlar cərrahi əməliyyatlarını tam yekunlaşdırmadan pasportda cinslərini dəyişdirmək istəmişdilər. Sonda onların bu istəyi məhkəmə yolu ilə təmin edildi.
Kişinin sözü bir olar...
Hafiz Əhmədov
O.M.