"Apple" şirkətinin yaradıcısı Stiv Cobs öldü

"Apple" şirkətinin yaradıcısı Stiv Cobs öldü

6 Oktyabr 2011 04:52
Bəyəndim (0) Bəyənmədim (0)
Dahi alim və biznesmen mobil bazarda inqilabi yeniliklər etmişdi

"Apple" şirkətinin yaradıcılarından biri Stiven Pol Cobs ömrünün 57-ci payızında dünyasını dəyişdi. BBC kanalının "Apple" şirkətinə istinadən yaydığı xəbərdə bildirilir ki, biznesmen uzun sürən xərçəng xəstəliyindən sonra çərşənbə günü gecə saatlarında dünyasını dəyişdi. O, son illər mədəaltı vəzin şişməsindən şikayət edirdi.

Stiv Cobs 1970-ci ilin sonlarında Stiv Voznyak, Mayk Markkul və başqaları ilə birgə "Apple" kompüterlərini istehsala buraxmışdı. 1980-ci ildə onun layihəsi ilə ilk rəqəmsal və "siçanla" idarə olunan Makintoş (Macintosh) istehsal edildi. 1984-cü ildə o, direktorlar şurasına seçilə bilməyərək "Apple" şirkətindən çıxdı və tələbələr üçün NeXT kompüterlərinin istehsalına başladı. 1996-cı ildə Apple NeXT şirkətini aldı və Stiv Cobs kompaniyaya qayıtdı. O gündən onun əmək fəaliyyəti "Apple" ilə bağlıdır. Stiv 24 avqust 2011-ci ildə o, "Apple" şirkətinin direktorlar şurasının rəhbəri seçildi.

Biznesmen alim 2009-cu ildə qaraciyərin nəqli üzrə cərrahi əməliyyata məruz qaldı. Uzun müddət səhhəti ilə bağlı məzuniyyətə çıxsa da, yeni modellərin kəşfində və istehsalında birbaşa iştirak edirdi.

Dünya sənin, dünya mənim, dünya heç kimin...

Hafiz Əhmədov

O.M.