
Ən yeni xəbərlər
Bu gün səhər saatlarınadək baş vermiş hadisələrin qısa məzmunu France-Pressenin gözü ilə...
16 Aprel 2011, yerli vaxtla saat 07:58
Cəlalabad
- Əfqan hərbi bazasına terrorçu-kamikadzelərin hücumu zamanı 4 nəfər
ölmüş, 8 nəfər ağır yaralanmışdır. Hadisə bu gün sübh tezdən ölkənin şərqində
yerləşən Cəlalabad şəhərində baş verib.
Vaşinqton - G-20 ölkələri cümə günü
birgə bəyanatda bildiriblər ki, qlobal enerji ehtiyacını ödəmək üçün dünyada
kifayət qədər ehtiyat tutumu var. .
15 aprel 2011, yerli vaxtla saat 18:48
Paris - Fransa daxili işlər naziri
Klod Quant cümə günü bəyan edib ki, hər il bu ölkəyə leqal yollarla gələn və
yaşamaq izni alan 200 min əcnəbinin sayını 180 minə qədər azaltmaq fikrindədir.
O, bu qərarını avropalı olmayan emiqrantların 24 % nin işsiz yaşadıqları və iş
axtarmaq niyyətində olmadıqları ilə izah edir.
Xatırladaq ki, Fransa əhalisinin 19 % i, yəni 11,5 milyonu emiqrantlardan və
onların törəmələrindən ibarətdir. Hər il bu ölkəyə orta hesabla 180-200 min qanuni
emiqrant daxil olur.
O.M.