“Tər-tər” nişanlı qatıq, ayran, dovğa və xamanın satışına qadağa qoyulub

“Tər-tər” nişanlı qatıq, ayran, dovğa və xamanın satışına qadağa qoyulub

5 Oktyabr 2011 17:30
Bəyəndim (0) Bəyənmədim (0)

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsi tərəfindən Bakı şəhəri, Xətai rayonu, G.Şıxlınski küçəsi 2942 məhəllədə yerləşən fiziki şəxs Qənbərov Vüqara məxsus müəssisədə dövlət nəzarəti aparılıb. Araşdırma zamanı müəssisədə uyğunluq sertifikatı olmayan hər birinin həcmi 1/500 qr olan 180 ədəd 3,2%-lik "Tər-Tər" nişanlı qatıq, 1/250 qr olan 210 ədəd ayran və 1/180 qr olan 200 ədəd 15%-lik xama aşkar edilib.

Bundan başqa, məhsullar üçün müvafiq resepturalarda göstərilən saxlanma müddətlərinin ("Tər-Tər" nişanlı qatıq 36 saat, ayran 2 sutka, xama 72 saat və dovğa 7 sutka) məhsulların üzərində düzgün göstərilmədiyi, məhsulların hər birinin üzərində saxlama müddətinin 20 gün qeyd edildiyi müəyyən edilib. Həmçinin qatığın markalanmasında təbii inək südündən hazırlandığı qeyd olunsa da, faktiki olaraq quru süddən istifadə olunduğu müəyyən edilib.

Aşkar edilmiş nöqsanlarla bağlı İdarə tərəfindən İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən inzibati protokol tərtib edilib, uyğunluq sertifikatı olmadan istehsal olunan məhsulların istehsalının və satışının qadağan olunması barədə tələbnamə verilib.

Fərid Qurbanov

O.M.