
Ermənistanla sərhəddə iranlı terrorçular öldürüldü
Türkiyə Silahlı Qüvvələri Tendürək yüksəkliyində anti-terror əməliyyatı keçirib.
Qeyd edək ki, Tendürək yüksəkliyi Ermənistanla sərhəddə yerləşir.
Türkiyə Silahlı Qüvvələrinin Tendürək yüksəkliyində keçirdiyi əməliyyatlar zamanı 59 terrorçu öldürülüb. Qeyd edək ki, Tendürək yüksəkliyi Ermənistanla sərhəddə yerləşir
Bununla bağlı Türkiyə Daxili İşlər naziri Süleyman Soylu məlumat verib:
"Dünən səhər saatlarında Tendürək yüksəkliyindən İrandan gələn bir qrup terrorçunun ölkəyə daxil olmağa çalışması ilə bağlı məlumat əldə etdik. Aparılan əməliyyatlar zamanı dünən 25 terrorçu öldürülüb. Gecə saatlarında 5 silahlı zərərsizləşdirilib. Bu gün isə Qars və Ağrıya hücum etməyə çalışan 29 terrorçu da məhv edilib".
Nazir əlavə edib ki, döyüşlər zamanı 3 polis şəhid olub.
Mediainfo.az
Digər xəbərlər