Din xadimlərinə mükafatlar təqdim olunub

Din xadimlərinə mükafatlar təqdim olunub

24 May 2017 12:59
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda bir qrup din xadimi mükafat və medallara layiq görülüb.

Mükafatlar Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Ramazan ayı münasibəti ilə bağlı keçirilən tədbirdə Şeyxülislam Hacı Allahşükür Paşazadə tərəfindən təqdim olunub.

Əvvəlcə birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən QMİ Qazılar Şurasının sədri, ilahiyyatçı-alim Vasim Məmmədəliyevə "Qızıl çinar" beynəlxalq mükafatı verildiyi elan edilib, bu münasibətlə V. Məmmədəliyev A. Paşazadə tərəfindən də mükafatlandırılıb.

Sonra QMİ Qazılar Şurasının üzvü, idarənin Ağdam rayon üzrə qazısı Hacı Barat Bağırov vətənə layiqli xidmətinə görə "Müharibə veteranı" adına layiq görülüb.

QMİ-nin Qazılar Şurasının üzvü, idarənin Bərdə bölgəsi üzrə qazısı Hacı Ramazan Hüseynov və idarənin Tərtər rayon Cümə məscidinin axundu Hacı Sadiq Cəfərov Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında gənclər arasında vətənpərvərlik ruhunun aşılanması, veteranların şəhid ailələrinin sosial problemlərinin yaxından həllində iştirakına görə "Fədai" medalı ilə təltif ediliblər.

QMİ-nin Beyləqan rayon "Cərciz Peyğəmbər" ziyarətgahının axundu Həci Mirsəcad İmranov isə "Vətən Naminə" medalı ilə təltif olunub.

Mediainfo.az