Azərbaycanlı cərrah Fərman Ceyranlı Gürcüstanda saxlanılıb

Azərbaycanlı cərrah Fərman Ceyranlı Gürcüstanda saxlanılıb

23 May 2017 15:31
Bəyəndim (0) Bəyənmədim (0)

Tanınmış azərbaycanlı cərrah, professor Fərman Ceyranlı Gürcüstanda saxlanılıb.

Apa-nın xəbərinə görə, bu barədə Gürcüstan İctimai Televiziyası məlumat yayıb.

Gürcüstan mətbuatında gedən məlumatlardan aydın olur ki, F. Ceyranlının rəhbərlərindən biri olduğu "Lanset" klinikası ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib. Müraciətdə klinikada qanunsuz transplantasiya əməliyyatının icra edildiyi və bu əməliyyatlar zamanı iki nəfərin öldüyü bildirilib.

Klinikanın sahiblərindən olan F. Ceyranlı Gürcüstan Cinayət Məcəlləsinin 180-ci (dələduzluq) maddəsi ilə ittiham olunur.

Bu gün F. Ceyranlının məhkəməsi keçiriləcək. Onun barəsində həbs-qətimkan tədbiri seçiləcəyi gözlənilir.

F. Ceyranlının rəhbərlik etdiyi "Lanset" klinikasından məsələ ilə bağlı hər hansı məlumat verilməyib, günün sonunda açıqlama olacağı bildirilib.

Mediainfo.az