
Bakı-Quba yolunda sərnişin avtobusu aşıb, çoxlu sayda yaralı var
APA-nın məlumatına görə, Bakı-Quba yolunun 160-cı kilometrliyində, Quba rayonunun Qaraçay kəndi ərazisində sərnişin avtobusu aşıb. 90 JM 385 dövlət nömrə nişanlı "Temsa" markalı sərnişin avtobusu 10 XS 251 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobillə toqquşub. Nəticədə "Mercedes" 4 metr hündürlükdən dərəyə aşıb. Sərnişin avtobusu isə aşaraq yolda 15 metrədək sürüşüb. Qəzada çoxlu sayda yaralı olduğu bildirilir. Yaralılar xəstəxanaya çatdırılır.
Yollarda ehtiyatlı olmaq lazımdır. Əks halda bu yol başqa istiqamətə apara bilər.
Fərid Qurbanov
O.M.
Digər xəbərlər