
Noyabr ayında dünya əhalisi 7 milyard olacaq
Cari ilin noyabr ayında dünya əhalisinin sayı 7 milyarda çatacaq. Bu barədə BMT-nin Baş katibi Pan Qi Mun Fransanın "Fiqaro" qəzetinə müsahibəsində deyib. Onun fikrincə, əhalinin artımı özü ilə bərabər qlobal problemləri gətirəcək. Hansıları ki, bir ölkə təkbaşına həll etmək iqtidarında deyil. Bunun üçün dövlətlərin koordinasiyalı fəaliyyəti zəruridir. Baş katib həmçinin ərzaq və su qıtlığının kəskin şəkildə artacağına da toxunub və dünya əhalisini israfçılığa yol verməməyə, böhrana hazır olmağa çağırıb. Eyni zamanda 5 il ərzində hökumətləri iqtisadi və sosial məsələlərdə köklü islahatlara səsləyib. Ümumiyyətlə Pan Qi Mun yaxın on illər ərzində dünyanın bir sıra fəlakətlərlə üzləşəcəyini bildirib.
BMT-nin Baş katibi çıxışının sonunda Fələstinin müstəqil dövlət kimi tanınmasının vacib olduğunu vurğulayıb.
Pay Qi Munun sözlərini ümumən belə səciyyələndirmək olar: "Aclıq olsun, kef olsun".
Hafiz Əhmədov
O.M.