"Apple"nin ən gənc işçisinin 9 yaşı var

"Apple"nin ən gənc işçisinin 9 yaşı var

5 Oktyabr 2011 12:58
Bəyəndim (0) Bəyənmədim (0)

Braziliyada yaşayan və hələ orta təhsilini alan Rafael Kosta 9 yaşında qurduğu yeni proqramla "Apple" şirkətinin diqqətini çəkdi. Hələ oxumağı-yazmağı öyrənmədən klaviaturada yazmağı bacardığı söyləyən gənc proqramçı şirkətlə müqaviləyə imzasını atdı. "Apple"nin ən gənc işçisi olma rekordunu əlində saxlayan Kosta indidən proqramlarından ciddi gəlir əldə etməyə başlayıb. O, Stiv Cobsun taxtına namizəd olduğunu açıqlayıb. Böyük texnologiya firmaları Rafaelin fikirlərini dinləmək üçün seminarlar təşkil edib, onu şərhçi kimi dəvət edirlər.

Düz deyiblər, ağıl yaşda deyil, başdadır.

Günel Həbib

O.M.