Göyçayda 1 yaşlı uşaq ehtiyatsızlığın qurbanı olub

Göyçayda 1 yaşlı uşaq ehtiyatsızlığın qurbanı olub

18 May 2017 15:03
Bəyəndim (0) Bəyənmədim (0)

Göyçay rayonunda bədbəxt hadisə baş verib. Apa -nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Çayarxı kəndində qeydə alınıb. Kənd sakini, 2016-cı il təvəllüdlü Mahmudov Hüseyn Səbuhi oğlu yaşadığı evdə oynayarkən pəncərədəki pərdə ipi onun boğazına dolanıb.

Valideynlərin nəzarətindən kənar qalan uşaq boğulub. Həkimlər tərəfindən ilkin tibbi yardım göstərilsə də, uşaq ölüb.

Mediainfo.az