
Bakıda böyük bir yanğının qarşısı son anda alındı
Bu gün səhər saatlarında Bakıda böyük bir yanğın hadisəsinin qarşısı alınıb. FHN-nin yaydığı məlumata görə, Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci girişində şaxta boyunca elektrik kabeli 54 p.m, 3-cü və 4-cü mərtəbələrin pilləkən qəfəslərində quraşdırılmış 64 ədəd elektrik sayğacı və şaxtanın plastik qapıları yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 3 nəfər xilas edilib. Daha 35 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 04:06-da yanğınsöndürənlər tərəfindən söndürülüb. Faktla bağlı araşdırma aparılır.
Mediainfo.az
Digər xəbərlər