"Baksell Ltd"-yə məxsus maşın qəza törətdi

"Baksell Ltd"-yə məxsus maşın qəza törətdi

17 May 2017 09:53
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün gecə saatlarında Zaqatalada yol-nəqliyyat hadisəsi baş verib. FHN-nin yaydığı məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Zaqatala rayonu ərazisində "Baksell Ltd" MMC-yə məxsus "NİSSAN" markalı minik avtomobili idarəetməni itirməsi və yolun kənarındakı ağaca çırpılaraq yol-qəza hadisəsinin baş verməsi barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq, sıxılmış vəziyyətdə qalmış sərnişini avtomobildən çıxarıb, aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 02:20-də başa çatıb.

Mediainfo.az