Terrorçuluq barədə bilə-bilə yalan məlumat verən 14 yaşlı şəxs saxlanılıb - BAKIDA

Terrorçuluq barədə bilə-bilə yalan məlumat verən 14 yaşlı şəxs saxlanılıb - BAKIDA

16 May 2017 12:28
Bəyəndim (0) Bəyənmədim (0)

Mayın 15-də saat 12.41-də naməlum şəxs mobil telefonla Fövqəladə Hallar Nazirliyinin "112" Xidmətinə zəng edərək "Sərhədçi stadionunda bomba var, adam göndərin" - deyərək telefonu söndürüb.

DİN-in "102 Zəng Mərkəzi", Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Xətai RPİ və Nərimanov RPİ əməkdaşlarının dərhal həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində terrorçuluq barədə bilə-bilə yalan məlumat verməkdə şübhəli bilinən Bakı şəhər sakini 14 yaşlı X.M. müəyyənləşdirilərək saxlanılıb. Faktla əlaqədar cinayət işi başlanılıb. (DİN)

Mediainfo.az