"Apple" dünən sağı göstərib, sola vurdu

"Apple" dünən sağı göstərib, sola vurdu

5 Oktyabr 2011 11:30
Bəyəndim (0) Bəyənmədim (0)

Dünən hər kəs "iPhone 5" təqdim ediləcək deyə düşündü, amma "Apple" sağı göstərib, sola vurdu. "iPhone 5"in yolunu gözləyən sərmayəçilər qarşılarında "iPhone 4 S"i görüncə, xəyalları alt-üst oldu. Şirkətin hissələrinin suyu sanki süzüldü. Belə ki, dünənki gündən bu yana "Apple"nin hissələri 5 faiz ucuzlaşdı. Onu da xatırladaq ki, yeni model cihaz əvvəlkinə nisbətən hər baxımdan daha sürətlidir.

Atalar demişkən, alma almaya bənzər.

Günel Həbib

O.M.