5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

5 Oktyabr 2011 10:56
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün müəllimlər peşə bayramını qeyd edir. Müəllim peşəsi bütün dövrlərdə ən şərəfli və ən dəyərli peşə hesab olunub və bu adı daşıyanlara həmişə böyük hörmət və ehtiram göstərilib. İndi də məktəblərimizdə bu qiymətə layiq olan, öz sənətini ürəkdən sevən, yüksək peşəkarlığı ilə fərqlənən, cəmiyyətin onların qarşısında qoyduğu vəzifəni - hərtərəfli biliyə, onları tətbiq edə bilmək qabiliyyətinə, yüksək əxlaqi keyfiyyətlərə malik nəsil tərbiyələndirmək vəzifəsini şərəflə yerinə yetirən müəllimlər çoxdur. Bir çox sənət və peşə sahiblərindən fərqli olaraq müəllimlərin peşə bayramlarının dünya miqyasında qeyd olunması müəllimlik sənətinin başqa peşə və sənətlərdən yüksəkdə durduğunu, müəllimlərin bütün millət və xalqlar arasında böyük hörmətə və nüfuza malik olduqlarını sübut edir.

Bayramınız mübarək, əziz müəllimlər!

Fərid Qurbanov

O.M.