Bağlı qapılar arxasında qalan 2 azyaşlı xilas edildi

Bağlı qapılar arxasında qalan 2 azyaşlı xilas edildi

12 May 2017 08:55
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gen gecə saatlarında Bakıda növbəti xilasetmə əməliyyatı həyata keçirilib. FHN-nin yaydığı məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasamal rayonunda mənzildə 2 nəfər azyaşlının bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıblar. Azyaşlıları valideynlərinə təhvil veriliblər. Əməliyyat saat 02:35-də başa çatıb.

Mediainfo.az