Masallıda cərəyan adam öldürdü

Masallıda cərəyan adam öldürdü

11 May 2017 15:41
Bəyəndim (0) Bəyənmədim (0)

Masallı rayon sakinini elektrik cərəyanı vurub.

Apa-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qəriblər kəndində 1989-cü il təvəllüdlü Elmir Bayramovu elektrik cərəyanı vuraraq öldürüb.

Həmin şəxs Masallı Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda ölüb. Hadisəyə səbəb kimi elektrik naqilləri ilə ehtiyatsız davranma göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Mediainfo.az