Qubada 4 yaşlı uşağın meyiti tapılıb
Qubada 4 yaşlı uşağın meyitini tapan şəxs saxlanılıb.
Apa-nın şimal bürosunun verdiyi məlumata görə, Qubanın Çılğır kənd sakini,1990-cı il təvəllüdlü Məlikov Xəyyam Yarəhməd oğlu uşağın meyitini tapıb ailəsinə verdikdən bir neçə saat sonra saxlanılıb. Faktı Çılğır kənd bələdiyyəsinin sədri Cahangir Məmmədov da təsdiqləyib.
Quba rayon Prokurorluğu saxlanılan şəxslə bağlı açıqlama verməkdən imtina edib.
Qeyd edək ki, Qubanın Bərqov kənd sakini, 2013-cü il təvəllüdlü Mustafayev Fuad Həbib oğlunun meyiti evlərinin yaxınlığında tapılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
***
Quba rayonunda 4 yaşlı uşağın meyiti tapılıb. Hadisə rayonun Bərqov kəndində qeydə alınıb. Kənd sakini, 2013-cü il təvəllüdlü Mustafayev Fuad Həbib oğlunun meyiti evlərinin yaxınlığında aşkar edilib. Ailə üzvləri uşağın meyitini Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına aparıblar.
uba rayon Prokurorluğundan verilən məlumata görə, uşağın ölüm səbəbini müəyyənləşdirmək üçün müvafiq tibbi ekspertiza təyin olunub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Mediainfo.az