Saatlıda zəlzələ baş verib

Saatlıda zəlzələ baş verib

11 May 2017 10:15
Bəyəndim (0) Bəyənmədim (0)

Respublika Seysmoloji Xidmət Mərkəzi Azərbaycanda bu gün baş verən zəlzələ ilə bağlı məlumat açıqlayıb.

Belə ki, yerli vaxtla saat 07:24:19-da Saatlı rayonu ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələnin maqnitudası 5.3, dərinliyi 39 km olub.

Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda isə 4-3 bala qədər hiss olunub.

Zəlzələ həmçinin Kürdəmir, Şamaxı, Ağsu, Hacıqabul, Sabirabad, Füzulidə də hiss olunub.

Mediainfo.az