Kişi siçovulun hücumuna məruz qalıb - ŞƏKİDƏ

Kişi siçovulun hücumuna məruz qalıb - ŞƏKİDƏ

11 May 2017 10:05
Bəyəndim (0) Bəyənmədim (0)

Mayın 10-u saat 23:30 radələrində Şəki şəhəri Fərman Sadıqov küçəsi ev 8 ünvanında yaşayan, 1980-cı il təvəllüdlü Qoşqar Namizəd oğlu Ağaməmmədov sağ ayaq pəncəsinin xəsarəti ilə xəstəxanaya daxil olub.

Müayinə zamanı məlum olub ki, Qoşqar Ağaməmmədov yaşadığı evin həyətyanı sahəsindəki mal tövləsindən ot götürmək istəyən zaman siçovul onun ayağını dişləyib. Ona lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd edildikdən sonra evə buraxılıb.

Mediainfo.az