
Diqqət: Johnson & Johnson məhsulları xərçəng yaradır
ABŞ-ın Johnson & Johnson şirkətinin məhsulundan məhkəməyə şikayət etmiş onkoloji xəstə şirkətdən 110 milyon ABŞ dolları təzminat alacaq. The International Business Times – ın məlumatına görə, qadın bu şirkətin məhsulunu mütəmadi istifadə etdiyi üçün xərçəng xəstəliyinə tutulduğunu iddia edir. Virciniya ştatının Luis Slemp adlı 62 yaşlı sakini iddia edir ki, 40 ildir şirkətin Johnson & Johnson prisıpkalarını və Shower to Shower məhsullarını istifadə edirdi. 2012-ci ildə həkimlər ona yumurtalığın xərçəngi diaqnozunu qoyublar və sonradan bu xəstəlik qaraciyərə metastaz verib. Hazırda qadın kimya-terapiya müalicəsi alır. Məhkəmə ekspertizasının ilkin rəyinə görə, xərçəngə səbəb Johnson & Johnson məhsullarının tərkibində bulunan Talk mineral maddəsi ola bilər.
Qeyd edək ki, Johnson & Johnson məhsullarını ABŞ bazarlarına Imerys şirkəti təqdim edir. Odur ki, məhkəmə qərarı ilə Imerys də 105 min dollar cərimə olunub.
Xatırladaq ki, Johnson & Johnson şirkətinə qarşı 2400-dən çox məhkəmə şikayəti verilib.
Mediainfo.az