Hicab taxmaq istəməyən Angela Merkelin saçlarını gizlətdilər

Hicab taxmaq istəməyən Angela Merkelin saçlarını gizlətdilər

5 May 2017 14:48
Bəyəndim (0) Bəyənmədim (0)
Səudiyyə Ərəbistanında işgüzar səfərdə olan Almaniyanın kansleri dövlət televiziyasında gülməli göründü

Səudiyyə Ərəbistanında işgüzar səfərdə olan Almaniyanın kansleri Angela Merkel bu ölkənin kralı Salman bin Əbdüləziz əl Səudla görüşüb. O, yerli qanunlara zidd olaraq hicab taxmaqdan imtina edib. Görüşü işıqlandıran dövlət televiziya kanalının əməkdaşları çıxılmaz vəziyyətə düşüblər. Life.ru.-nun məlumatına görə, verilişin rejissoru çıxış yolu kimi almaniyalı yüksək qonağın saçlarını mozaikalamalı olub.

Xatırladaq ki, Səudiyyə Ərəbistanında bir neçə iri televiziya kanalı fəaliyyət göstərir. 4Shbab kanalı ümumiyyətlə qadınları efirdə göstərmədiyi halda, 22 ölkədə yayımlanan Alhurra kanalı onları hər formada nümayiş etdirir.

Mediainfo.az