
Qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq bu gün Azərbaycan Respublikasının Tərtər rayonunun Tərtər-Ağdərə yolundakı təmas xəttində monitorinq keçirilib. Monitorinq insidentsiz başa çatıb.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin əlaqələndiricisi İmre Palatinus, səhra köməkçisi Xristo Xristov və yüksək səviyyəli planlaşdırma qrupunun nümayəndəsi Vladimir Reznikov, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Antal Herdiç, Uilyam Praroy və yüksək səviyyəli planlaşdırma qrupunun nümayəndəsi Maykl O'konnor keçirib.
Tofiq Əliyev
O.M.
Digər xəbərlər