
Yük maşını qoyun sürüsünə girib
Göygöl rayonunda yük maşını qoyun sürüsünü vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbər verir ki, mayın 2-də saat 18 radələrində Göygöl rayonunun Quşqara kəndi ərazisində Qazax rayon sakini Vaqif Allahverdiyev idarə etdiyi "MAN" markalı qoşqulu yük avtomobili ilə yolun hərəkət hissəsində olan qoyun sürüsünü vurub. Nəticədə 82 baş qoyun-quzu tələf olub, bir neçəsi isə yaralanıb.
Mediainfo.az
Digər xəbərlər