ABŞ Dövlət Departamenti: “Bu yay Avropaya getməyin, silsilə partlayışlar olacaq!”

ABŞ Dövlət Departamenti: “Bu yay Avropaya getməyin, silsilə partlayışlar olacaq!”

2 May 2017 11:53
Bəyəndim (0) Bəyənmədim (0)

Dünyada artan terror təhlükəsi ilə əlaqədar ABŞ-ın Dövlət Departamenti müraciət yayıb. Məxfi kəşfiyyat məlumatlarına əsaslanan müraciətdə Avropa ölkələrində terror təhlükəsinin maksimum həddə qalxdığı bildirilir. Qeyd olunur ki, kütləvi istirahət dövrü olan yay fəslində bir sıra terror təşkilatları tərəfindən dinc vətəndaşlara və turistlərə qarşı həmlələr hazırlanır. Onların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər planı hazırlansa da, Dövlət Departamenti bunun yetərsiz olduğunu bildirir. Belə ki, terror şəbəkələrinin müştərək planlarının miqyası və arealı açıqlanmır. Bununla bağlı ABŞ rəsmiləri ölkə vətəndaşlarına Avropa ölkələrinə yay səyahətlərini təxirə salmalarını tövsiyə edir və bunu təhlükəsizlik məsələləri ilə əsaslandırır. CNN telekanalının Dövlət Departamentinin məlumatına əsasən yaydığı xəbərdə bildirilir ki, terror təhlükəsi bütün Avropa ölkələrində gözlənilir və bu hal 2017-ci ilin 1 sentyabrına qədər davam edəcək. Odur ki, planlaşdırılan səyahətlərin təxirə salınması və ya səyahətlər zamanı kütləvi məkanlardan və tədbirlərdən uzaq durmaq məsləhət olunur. Məlumatda o da bildirilir ki, terror hadisələri tək və qrup halda planlaşdırıldığı üçün dəqiq zamanı və məkanı bəlli deyil.

Mediainfo.az