2 uşaq anası sirkə turşusu içərək canına qıymaq istəyib - ŞƏKİDƏ
Bu gün saat 06.00 radələrində Şəkinin Baş Zəyzid kənd sakini, 1983-cü il təvəllüdlü Şəlalə Paşa qızı Xəlilova zəhərlənmə əlamətləri ilə xəstəxananın reanimasiya şöbəsinə daxil olub. Məlum olub ki, iki uşaq anası olan Şəlalə Xəlilova intihar etmək məqsədi ilə sirkə turşusu qəbul edib. Şəlalə Xəlilovaya lazımı tibbi yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.
Aqil M.
Digər xəbərlər