Bu gecə Gəncədə böyük bir yanğının qarşısı alındı

Bu gecə Gəncədə böyük bir yanğının qarşısı alındı

2 May 2017 09:21
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün gecə saatlarında Gəncədə böyük bir yanğın hadisəsinin qarşısı alınıb. FHN-nin yaydığı məlumata görə, Kəpəz rayonunda vətəndaşa məxsus ümumi sahəsi 120 m2 olan birmərtəbəli, 3 otaqlı evin mətbəxinin tavanı 20 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 00:53-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Mediainfo.az