Siyəzəndə yük maşını aşıb

Siyəzəndə yük maşını aşıb

1 May 2017 14:53
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı-Quba yolunun 110-cu kilometrliyində, Siyəzən rayonu ərazisində "Mercedes" markalı yük avtomobilinin idarəetməni itirərək aşması barədə məlumat daxil olub.

FHN saytının verdiyi məlumata görə, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri dərhal hadisə yerinə cəlb olunaraq yük avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarıb, aidiyyatı üzrə təhvil veriblər.

Mediainfo.az